3-cü mərtəbədən atılaraq öldürülən 1 yaşlı Tahirənin dayısı DANIŞDI: “Cinayətkar hələ də azadlıqdadır”

Hazırda oxunan: 3-cü mərtəbədən atılaraq öldürülən 1 yaşlı Tahirənin dayısı DANIŞDI: “Cinayətkar hələ də azadlıqdadır”

35547

Üç gündür mətbuatın gündəmini növbəti ailə faciəsi zəbt edib. 23 yaşlı Aytən Niftəliyeva və 1 yaşlı qızı Tahirənin faciəvi ölümü hər kəsi sarsıdıb. 

Hazırda ölüm faktı üzrə cinayət işi başladılıb və araşdırmalar gedir.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda dəhşətli hadisə: Ana və 3 yaşlı övladı öldü - FOTO


Aytən Niftəliyevanın qardaşı İlkin Süleymanov Bizim.Media-ya açıqlamasında bildirib ki, başladılan cinayət işi ilə bağlı onlara heç bir məlumat verilməyib.

“Burada iki nəfər qətlə yetirilib. Cinayətkar isə hələ də azadlıqda gəzir. Ən azından şübhəli şəxs qismində saxlanılmalı olduğu halda bu istiqamətdə heç bir addım atılmayıb. İfadə götürülməsi üçün heç bir yaxınlaşma olmayıb. Adi döyülmə faktı olanda ekspert baxış keçirib, rəy verməlidir. Ancaq mənim bacım öldüyü halda heç bir ekspertiza həyata keçirilmədi.  Müstəntiq Aytənin vəfat etməsindən bir gün əvvəl gəlib, yazılı ifadə almadan şifahi sorğu keçirib. İstintaq materiallarının arasında müstəntiqin mərhumdan əvvəllər aldığı ifadə yer almayıb”.

İlkin Süleymanov qeyd edib ki, hadisənin ictimailəşdirilməsi və günahkarların tezliklə cəzalandırılması üçün əllərindən gələn hər bir şeyi edəcəklər.

“Biz hadisəni ictimailəşdirmək üçün əlimizdən gələni etmişik və etməkdəyik. Bilmirəm qarşı tərəf nəyə və kimə arxayındır. Onlar bütün səyləri ilə baş verən hadisəni ört-basdır etməklə məşğuldurlar”.

Qeyd edək ki, Avqustun 30-da saat 14 radələrində paytaxtın Səbail rayonu ərazisində yaşayan 1997-ci il təvəllüdlü Niftəliyeva Aytən İlham qızı və onun azyaşlı övladı - 2020-ci il təvəllüdlü Niftəliyeva Tahirə Rəhman qızının yaşadıqları evin pəncərəsindən yıxılaraq çoxsaylı bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilmələri ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.


Göstərilən zəruri tibbi yardımlara baxmayaraq, Tahirə Niftəliyeva aldığı xəsarətlərdən avqustun 30-da, Aytən Niftəliyeva isə sentyabrın 2-də müalicə olunduqları xəstəxanada vəfat edib.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin