Qubalı məzun ingilis dilində təhsil alacaq – DETALLARI özü açıqladı - FOTO

Hazırda oxunan: Qubalı məzun ingilis dilində təhsil alacaq – DETALLARI özü açıqladı - FOTO

35544

Quba rayonunun ucqar dağ kəndinin şəhid Əfqan Vəliyev adına Rustov kənd orta məktəbinin bu ilki məzunu Rəvan Sultanov 4-cü qrupda ən yüksək 400 bal toplayaraq Azərbaycan Tibb Universitetinin tibb fakültəsinə qəbul olub.

Respublika üzrə 4-cü qrupda 400 bal toplayan iki nəfərdən biri olan Rəvan buraxılış imtahanında da  280,4 balla yüksək nəticə əldə edib.

Qubalı məzun tibb fakültəsində ingilis dilində təhsil alacaq.

Rəvan sevincini Bizim.Media ilə bölüşüb:

"Bu ixtisasa qəbul olunduğumu biləndə çox sevindim, çünki  mən gələcəkdə təhsilimi xaricdə davam etdirmək istəyirəm,ona görə ingilis dilində tədrisin daha xeyirli olacağını düşündüm və bu ixtisası seçdim. Çox sevinirəm ki, illərdir çəkdiyim zəhmət və əziyyətin bəhrəsini gördüm".

Orta məktəbi xüsusi nümunəli attestatla bitirdiyinə görə Təhsil Nazirliyinin qızıl nişanına layiq görülən Rəvan Sultanovun arzusu həkim-cərrah olmaqdır.

Deyir ki,"əvvəllər hərbi həkim olmaq istəyirdim. Elə bilirdim ki, müharibədə əsgərə yardımı yalnız hərbi həkim edə bilər. Amma 44 günlük tarixi  müharibəmizdə gördüm ki,Vətənin dar günündə bütün həkimlərə ehtiyac var".

Aytəkin Alxaslı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin