Bu günə kimi vətəndaşlara nə qədər ipoteka krediti verilib? - RƏSMİ

Hazırda oxunan: Bu günə kimi vətəndaşlara nə qədər ipoteka krediti verilib? - RƏSMİ

35503

Bu günə qədər Azərbaycanda İpoteka və Kredit Zəmanət Fondu (İKZF) xətti ilə 35 253 borcalana 1 milyard 890,899 milyon manat məbləğində ipoteka krediti verib.

Bizim.Media xəbər verir ki, bu barədə fondun açıqlamasında bildirilir.
 

Bundan başqa, qurum bəyan edib ki, indiyə qədər 232,518 milyon manat məbləğində biznes kreditlərinə zəmanət verilib, 974 mənzil isə kirayəyə vermək yolu ilə realizə edilib.


Xatırladaq ki, fond 2017-ci ilin sonunda “Azərbaycan İpoteka Fondu” və “Kredit Zəmanət Fondu” ASC-lərin birləşməsi nəticəsində yaradılıb və onların hüquqi varisidir.

Fond milli maliyyə təsisatlarına uzunmüddətli subsidiyalaşdırılmış ipoteka kreditlərinin verilməsi və ucuz maliyyə resurslarına çıxışın təmin edilməsi ilə bağlı likvidlik dəstəyini verən dövlət agenti kimi fəaliyyət göstərir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin