Sumqayıtda "Heydər Parkı"ndakı obyektlərin söküntüsünə başlanır

Hazırda oxunan: Sumqayıtda "Heydər Parkı"ndakı obyektlərin söküntüsünə başlanır

35492
Bu gün Sumqayıt şəhərindəki "Heydər Parkı"ında yerləşən ticarət  obyektləri  soküləcək. Şəhər icra hakimiyyətindən sahibkarlara bildirilib ki, saat 15-dən sonra bütün çay evləri  söküləcək. Bu barədə Avropa.info-ya açıqlama verən sahibkar Novruz Seyidov bildirib ki, bütün sənədlərinin qaydasında olmasına baxmayaraq onları dinləyən belə yoxdur: "Texnikanı, traktorları gətiriblər buraya. İcra hakimiyyətinin əməkdaşları polislərlə birlikdə burdadırldr. Deyirlər ki, nə kompensasiya ödəniləcək, nə də alternativ variantlar təklif olunacaq. Buralar mütləq söküləcək. Nə bilrsiniz edin, kimə istəyirsiniz şikayətlənin".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin