Natiq Kərimov: "Bütün xoş əməllər Allah üçün olmalıdır"

Hazırda oxunan: Natiq Kərimov: "Bütün xoş əməllər Allah üçün olmalıdır"

35334

Ölkəmizdə 2 gün davam edən Qurban Bayramı tətili yekunlaşdı.  Əksər  tv-lər bayram günlərində bir sıra şirkət və qurumların kasıb və yoxsullara qurban sovqatı payladığına dair kaldırlar nümayiş etdirdi.

Bəs görəsən edilən yaxşılığı ictimailəşdirib bunu hamıya nümayiş etdirmək edilən yaxşılığın savabını azaltmır ki?

Mövzu ilə əlaqədar olaraq Moderator.az-a açıqlama verən Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimovun sözlərinə görə, insan bütün xoş əməllərini Allah üçün etməlidir:

“Qurban kəsib kasıb və imkansız insanlara yardım göstərmək, acları sevindirmək əlbət ki, çox gözəl haldır. Edilən yaxşılıqların ictimailəşdirilməsi məsələsinə gəldikdə isə, əgər hər hansısa bir  qurum etdiyi xoş əməli Allah xatirinə edirsə burda pis heç nə yoxdur. Əsas olan insanın niyyətidir. Əgər kimsə özünü kiməsə göstərmək üçün bu addımı atırsa bu əməlin savabı heçə enir. Əsas odur ki, edilən yaxşılıq Allah üçün olsun bu halda edilən əməlin savabının azalmasından söhbət gedə bilməz”.

Xəyal Əzizov

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin