“Beynəlxalq Ordu Oyunları - 2021” yarışları çərçivəsində Qazaxıstanda keçirilən “Artilleriya atəşinin ustaları” müsabiqəsinin bağlanış mərasimi keçirilib.
Bizim.Media xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Doqquz ölkəni təmsil edən artilleriyaçıların iştirak etdiyi müsabiqənin yekun nəticələrinə əsasən komandamız üçüncü yerə layiq görülüb.
MÖVZU İLƏ BAĞLI:
“Artilleriya atəşinin ustaları” müsabiqəsi uğurla başa ÇATDI - VİDEO
Qazaxıstan komandası birinci, Rusiya komandası isə ikinci yeri qazanıb.
Bundan başqa polkovnik-leytenant Əhmədov Namiq "Ən yaxşı məşqçi", gizir Orucov Elşadın rəhbərlik etdiyi heyət isə "Ən yaxşı heyət" nominasiyalarının qalibləri olublar.
Qalib komandalara mükafatlar təqdim olunub.
Mərasimdən sonra “Artilleriya atəşinin ustaları” müsabiqəsi bağlı elan edilib.
Bizim.Media