Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi sosial iş yerlərində əməkhaqlarının bir hissəsinin birgə maliyyələşdirilməsi proqramı çərçivəsində 932 şəxsə münasib iş yerlərinə göndəriş verib.
Bizim.Media xəbər verir ki, bu barədə Nazirlikdən məlumat verilib.
Onlardan mühüm bir hissəsi şəhid ailəsi üzvləri, müharibə iştirakçıları, əlilliyi olanlardır.
MÖVZU İLƏ BAĞLI:
Nazirlik “Məşğulluq marafonu”na qoşuldu
Göndəriş verilən şəxslərdən artıq 312 nəfəri ilə işəgötürənlər arasında əmək müqaviləsi bağlanıb və onlar işə başlayıblar.
Hazırda göndəriş verilən digər işsiz vətəndaşlarla da əmək müqavilələrinin bağlanması prosesi davam edir.
“Məşğulluq” altsisteminə vakansiyalar yerləşdirən, müəyyən edilmiş prioritet iqtisadi sahələr üzrə vakansiyası olan işəgötürənlər proqrama linkə daxil olaraq müraciət edə bilərlər.
Bu proqram əsasında işlə təmin edilən şəxslərin əməkhaqlarının bir hissəsi Dövlət Məşğulluq Agentliyi tərəfindən maliyyələşdirilir.
Bizim.Media