Azərbaycan ərazisində hava şəraitinin pisləşməsi ilə əlaqədar “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) gəmilərinə xəbərdarlıq göndərilib.
Bizim.Media xəbər verir ki, küləkli hava şəraiti ilə əlaqədar bütün gəmilərin nəzərinə çatdırılıb ki, qabaqlayıcı təhlükəsizlik tədbirləri görülsün və onların qeyd edilən tarixdə təhlükəsiz sığınacaqlara getməsi təmin olunsun.
MÖVZU İLƏ BAĞLI:
Dövlət Dəniz Agentliyindən hava şəraiti ilə bağlı MƏLUMAT
Həmçinin səfərə çıxacaq və dənizdə hərəkətdə olan gəmilər gözlənilən hava şəraitini nəzərə alaraq sığınacaqlara getmələrini qabaqcadan planlaşdırsınlar, külək gözlənilən tarixlərdə gəmi kapitanları mütləq gəmidə olsunlar və gəmilərin təhlükəsiz dayanmalarını təmin etsinlər.
Bizim.Media