Şadlıq saraylarının fəaliyyətinə bu ilin iyun ayından etibarən icazə verildikdən sonra pandemiyadan əvvəlki dövrlə müqayisədə qiymətlər 18-20 faiz bahalaşıb.
Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı İqtisadi və Sosial İnkişaf Mərkəzi yayıb.
Mənbə bildirir ki, monitorinqlər nəticəsində şadlıq saraylarında eyni menyunun pandemiyadan əvvəlki və indiki qiymətlərini müqayisə etdikdə qeyd olunan artım müşahidə edilir.
Bəzi şadlıq sarayları isə menyudakı qiymətləri eyni saxlayıblar, ancaq menyuya daxil olan yeməklərin sayını azaldıblar. Bu isə əslində gizli qiymət artımıdır.
Bundan əlavə şadlıq saraylarında qiymətlər yüksək olmaqla yanaşı, əksər obyektlərdə ərzaq məhsulları üzrə keyfiyyətin də aşağı olması müşahidə olunmaqdadır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
16:23 / 02.09.2021
Şadlıq saraylarında qiymətlər bahalaşdı – MONİTORİNQ
Hazırda oxunan: Şadlıq saraylarında qiymətlər bahalaşdı – MONİTORİNQ
Hazırda oxunan: Şadlıq saraylarında qiymətlər bahalaşdı – MONİTORİNQ
0:00
0:00
35268
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.