Allahşükür Paşazadədən Azərbaycan ictimaiyyətinə MÜRACİƏT

Hazırda oxunan: Allahşükür Paşazadədən Azərbaycan ictimaiyyətinə MÜRACİƏT

35243

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Azərbaycan ictimaiyyətinə müraciət edib.

QMİ-dən Bizim.Media-ya daxil olan müraciətin mətnində deyilir:

"Dövlət rəhbərimiz və ölkənin Birinci vitse-prezidenti səviyyəsində gəncliyin qayğı ilə əhatə olunması üçün sanballı və genişmiqyaslı tədbir və layihələr həyata keçirilir.

Hüquq-mühafizə orqanları tərəfindən narkotik maddələrin satışına, onların qanunsuz dövriyyəsinə qarşı ciddi mübarizə aparılır, ölkə səviyyəsində maarifləndirici və reabilitasiya məqsədli layihələr həyata keçirilir. Lakin bəzi xarici və daxili qüvvələr cəmiyyətimizi zəiflətmək, gələcəyimizi şikəst etmək üçün ən qorxulu və zərərli vərdişlərdən olan narkomaniyadan, narkotik vasitələrin qanunsiz dövriyyəsindən öz mənfəətləri üçün bir vasitə kimi istifadə etməyə çalışırlar. 

Qafqaz Müsəlmanları İdarəsi qazılarına, səlahiyyətli nümayəndələrinə və din xadimlərinə tövsiyə edir ki, moizə və xütbələrində, mediada çıxışlarında bu mövzuya həm dini, həm də ictimai baxımdan geniş şərh versinlər, narkomaniyanın zərər və fəsadları barədə insanlar arasında fəal təbliğati iş aparsınlar.
 

Tövsiyə edirik ki, din xadimləri Allah-Təalanın insan varlığına və cəmiyyətin sağlamlığına zərər verə biləcək hər bir şeyi qadağan etdiyini moizələrində cəmiyyətimizə şəriət hökmü olaraq çatdırsınlar.


Quranda, Peyğəmbər hədislərində şəriətin buna dair hökmlərini, həm istifadəsinin, həm yayılmasının haram olduğuna dair dəlilləri insanlara daha artıq dərəcədə izah və təlqin etsinlər.

Narkomaniya təhlükəsinin qarşısının alınması cəmiyyətin bütün təbəqələrinin - dövlət strukturlarının, qeyri-hökumət təşkilatlarının, sosial institutların sıx əməkdaşlığı şəraitində birgə səyləri vasitəsilə mümkündür”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin