Dövlət Neft
Şirkətinin “Koroğlu” metrosu yaxınlığında inşa etdiyi "Olimpiya"
stadionu çöküb. Bu barədə Moderator.az-a
etibarlı mənbələrdən məlumat verilib. Mənbənin məlumatına görə çökmədən sonra
həmin ərazidə tikinti işlərinə yenidən başlanıb. Mütəxəssislər isə hesab
edirlər ki, burada çöküntünün olması təbiidir. Çünki bu stadion Böyük Şor
gölünün qurudulmuş hissəsi üzərində tikilib.
Qeyd bedək ki, əsası 6 iyun 2011-ci ildə qoyulub. Mərasimdə Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev , FİFA prezidenti Yozef Blatter və UEFA
prezidenti Mişel Platini, eləcə də dünya futbol ictimaiyyətinin görkəmli
nümayəndələri, federasiya rəhbərləri, futbol veteranları və digər qonaqlar
iştirak etmişdilər. Paytaxtda öz müasir tikinti üslubu ilə fərqlənəcək və xüsusi gözəlliyi
ilə seçiləcək 65 min tamaşaçı yeri olan Bakı Olimpiya Stadionunun bu tipli müasir idman qurğuları sırasında özünəməxsus yer tutacağı bəyan edilmişdi. Burada müxtəlif funksiyalı tribunaların, qaçış
zolağının və digər infrastrukturun inşası nəzərdə tutulmuşdu. Daxili sahəsi 120,830 kvadratmetr olacaq stadionda tikinti işləri
Beynəlxalq Tikinti Standartına (İBC), UEFA və FİFA standartlarına və
Azərbaycanın inşaat normativlərinə uyğun aparılacağı qeyd
edilirdi...



































































































