Metroda neçə köhnə QATAR qalıb? – ÖZƏL

Hazırda oxunan: Metroda neçə köhnə QATAR qalıb? – ÖZƏL

35233

Hazırda metroda 56 qatar sərnişinlərə xidmət göstərir.

Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov Bizim.Media-ya açıqlamasında bildirib: 
 

MÖVZU İLƏ BAĞLI:

Metro payızın gərginliyinə hazırdırmı? – RƏSMİ


“Hazırda optimal hərəkət qrafikini təmin etmək üçün qatarların sayı kifayyət qədərdir. Gün ərzində 40-46 qatar müntəzəm olaraq xəttdə olur. Qatarların xəttə olma müddəti ilə bağlı normativ tələblər var. Bu müddət başa çatdıqdan sonra qatarlar texniki xidmət üçün depoya getməlidir”.

Metropoliten sözcüsünün bildiridiyinə görə, 56 qatardan 19-u yeni qatarlardır və onların xətdə daim olması təmin olunur.  

Bəs, qatarların yenilənməsi prosesi davam edəcəkmi? Rusiya ilə müqavilə çərçivəsində daha neçə yeni qatar Azərbaycana gətiriləcək?

Bəxtiyar Məmmədov bildirib ki, yeni qatarların alınması üçün iki vacib şərt var: 
 

“Birinci vacib şərt odur ki, qatar istismar müddətini başa vurur və yenisi ilə əvəz olunur. İkinci vacib şərt isə odur ki, metropoliten inkişaf edir, stansiyalar inşa olunur, xəttlər uzanır və yeni qatarların alınması üçün zərurət yaranır.


2019-cu ildə Rusiya-nın “Metrovaqonmaş” şirkəti ilə bağlanmış 3 illik müqaviləyə əsasən hər il 20 vaqon, yəni 4 qatar alınmalıdır. Bu proses gələn ildə mütləq şəkildə davam edəcək və sərnişinlərimizin “kondisionerli” adlandığı qatarlarla əvəzlənəcək. Bundan sonrakı illərdə də istismar müddəti başa çatmış qatarlarla bağlı texnoloji proses davam edəcək. Ona görə ki, “Bakı Metropoliteni”ndə istismar müddəti başa çatmış qatar həmin gün də xəttdən çıxarılır və çıxarılan zaman yeni qatarla əvəz olunmalıdır”.

Xatirə Nəsirli, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin