Şirkət Nəqliyyat Nazirliyini məhkəməyə verdi

Hazırda oxunan: Şirkət Nəqliyyat Nazirliyini məhkəməyə verdi

35204
Azərbaycanda fəaliyyət göstərən “Adil” şirkəti Nəqliyyat Nazirliyini məhkəməyə verib. 
Moderator.az Hüquq.TV-yə istinadən xəbər verir ki, şirkət Bakı şəhəri Nizami rayonu, Koroğlu (keçmiş Əzizbəyov) metro stansiyasının yaxınlığında yerləşən 955 kvadratmetr torpaq sahəsinə 1.719.000 manat (təxminən 2,2 milyon ABŞ dolları) kompensasiyanın cavabdehdən alınaraq iddiaçıya ödənilməsini tələb edib.
İş üzrə üçüncü tərəf qismində Bakı şəhər Nizami rayon İcra Hakimiyyəti, Bakı şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Maliyyə Nazirliyi iştirak edir.
2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi iddianı təmin etməyib. İşə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin