Uzun illərdir ki, əsaslı təmirə ciddi ehtiyac duyan Sumqayıt dəmiryol vağzalının acınacaqlı durumu minlərlə vətəndaşın narazılığına səbəb olmaqdadır. Bu barədə
Moderator.az-ı bilgiləndirən mənbənin sözlərinə görə, istifadə üçün yararsız olan vağzal xüsusilə payız və qış aylarında əsl cəhənnəmə çevrilir: “Sovet dönəmindən üzübəri baxımdan məhrum olan və bu illər ərzində hər hansı ciddi təmir prosesinin aparılmadığı vağzal, payız mövsümünün başlaması ilə əlaqədar olaraq daha ciddi problemlərlə gündəmə gəlməkdədir. Öz görünüşü etibari ilə hərbi əməliyyat meydanını xatırladan vağzalın beton döşəməsi ciddi dağıntıya məruz qaldığı üçün yağışlı günlərdə bütün kompleks nəhəng gölməçələrə çevrilir. Su və kanalizasiya sisteminin bərbad vəziyyətdə olması, sərnişinlərin rahatlığı üçün heç bir komponentin nəzərdə tutulması, hər tərəfdə özünü hiss etdirən anti-sanitariya və s. insanlarda ikrah hissi yaradır. Vətəndaşlar hesab edir ki, respublikanın üçüncü ən böyük şəhəri sayılan Sumqayıtdakı dəmir yolu vağzalındakı acınacaqlı mənzərəni aradan qaldırmaq üçün ciddi təmir işləri aparılmalı, obyekt əsaslı şəkildə yenidən qurulmalıdır. Əks təqdirdə, dəmir yol vağzalına yolu düşən insanların bundan sonra da mənzil başına vağzalla bağlı xoş təəssürat aparmayacağı şəksizdir”.
![Sumqayıt dəmir yol vağzalından hürküdücü görüntülər <i style=]()
- FOTO" src="//old.moderator.az/fotobaza/original/658.jpg">
![Sumqayıt dəmir yol vağzalından hürküdücü görüntülər <i style=]()
- FOTO" src="//old.moderator.az/fotobaza/original/659.jpg">
![Sumqayıt dəmir yol vağzalından hürküdücü görüntülər <i style=]()
- FOTO" src="//old.moderator.az/fotobaza/original/660.jpg">
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.