Bəzi icra başçıları dəyişdiriləcək

Hazırda oxunan: Bəzi icra başçıları dəyişdiriləcək

35170
 “Yaxın bir neçə həftə ərzində bəzi icra başçıları öz vəzifəsindən uzaqlaşdırılacaq”. Bu barədə Moderator.az saytına özəl mənbə məlumat verib. Mənbənin sözlərinə görə, buna səbəb onların 9 oktyabr seçkilərində xalqın iqtidar təmsilçisinin xeyrinə aktivliyini yetərincə təmin etməməsidir: “Hələlik bütün enerjisini 9 oktyabr seçkilərinin nəticəsi ilə bağlı yerli və beynəlxalq müstəvidəki mübahisələrə sərf edən ali siyasi hakimiyyət yaxın gələcəkdə bəzi icra başçıları ilə vidalaşmaq niyyətindədir. Buna səbəb həmin icra başçılarının 9 oktyabr seçkilərində xalqın seçkilərdə kütləvi aktivlik göstərməsinə nail olmamasıdır. Siyasi hakimiyyətin yuxarı eşalonunda hesab edirlər ki, bəzi rayonlarda iqtidar namizədinin o qədər də yüksək göstərici əldə etməməsinin günahı, məhz həmin rayonların icra başçılarındadır. Bu səbbədən də hakimiyyət bəzi icra başçılarını cəzalandırmaqla digər icra başçılarının ayıq-sayıqlığını daha da artırmaq niyyətindədir. Habelə, hesab edilir ki, belə bir addım vəzifəyə yeni təyin edilən icra başçıları üçün də “tərbiyəvi” ola bilər”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin