Seçkilərdən sonra Milli Şuranın tezliklə dağılacağına iddia edənlərin sayı artmaqdadır. Bəziləri iddia edir ki, Milli Şura öz yerini İctimai Palataya verəcək. Görəsən bu iddiaların əsası varmı? Moderator.az-a açıqlamasında hüquq müdafiəçisi, İctimai Palatanın üzvü Vidadi İsgəndərli bildirib ki, iddialar reallığı əks etdirir:
“Milli Şuranın sonuna az vaxt qalıb çünki bu qurumun dayağı, bazası yoxdur. Hesab edirəm ki, Azərbaycanın əsas müxalifət qüvvəsi yenidən İctimai Palata olacaq. Çünki İctimai Palatanın 80 rayonda özəyi və nümayəndəliyi hal-hazırda da fəaliyyət göstərməkdədir”.
































































































