Moderator.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bayram tədbiri şəhərin mərkəzindəki Heydər Əliyev meydanında qurbanların kəsilməsi ilə başlayıb. Qurban kəsilməsi mərasimində Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev kəsilən qurbanların birini şəxsən özü kəsib.
Sonra tədbir iştirakçıları “Yeni həyat” sarayının qarşısınadək yürüş-mitinq keçirərək əllərində İlham Əliyevin portretləri, Azərbaycan Respublikasının dövlət bayraqları, Yeni Azərbaycan Partiyasının bayraqları ilə ümumrayon qələbə mitinqinə toplaşıblar.

































































































