İlham Əliyevdən Vyetnam prezidentinə TƏBRİK

Hazırda oxunan: İlham Əliyevdən Vyetnam prezidentinə TƏBRİK

35127

Prezident İlham Əliyev Vyetnam Sosialist Respublikasının Prezidenti Nquyen Suan Fukaya təbrik məktubu ünvanlayıb.

Bizim.Media xəbər verir ki, təbrik mətnində deyilir:

"Hörmətli cənab Prezident,
 

Vyetnam Sosialist Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda dost Vyetnam xalqını öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.


Ənənəvi Azərbaycan-Vyetnam dostluq əlaqələrinin hazırkı inkişaf səviyyəsi məmnunluq doğurur.

Ölkələrimiz arasında yüksək səviyyəli siyasi əlaqələr, iqtisadi və humanitar sahələrdə sıx təmaslar mövcuddur. Qarşılıqlı etimad və dəstəyə əsaslanan ikitərəfli münasibətlərimiz, həmçinin çoxtərəfli formatda səmərəli əməkdaşlığımızla müşayiət olunur.
 

İnanıram ki, əlaqələrimizin bütün sahələrdə genişləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın daha da dərinləşdirilməsi istiqamətində birgə səylərimizi uğurla davam etdirəcəyik.


Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Vyetnam xalqına daim firavanlıq və əmin-amanlıq arzulayıram".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin