“Şuşa Qarabağın ruhudur” – Özbək jurnalist

Hazırda oxunan: “Şuşa Qarabağın ruhudur” – Özbək jurnalist

35118

Şuşa təkcə çox gözəl bir yer deyil, həm də Qarabağın ruhudur.

Bizim.Media xəbər verir ki, bunu trend-ə Özbəkistanın UZA Milli İnformasiya Agentliyinin əməkdaşı Saidmurod Rahimov Türk Şurasına üzv və müşahidəçi dövlətlərin media orqanlarının “Azərbaycana Media Tur” çərçivəsində Şuşa şəhərinə səfəri zamanı deyib.

O, səfərdən çox gözəl təəsüratların yarandığını bildirib: "Biz bu şəhərin tarixinə aid olan müxtəlif mədəni obyektləri ziyarət etdik. Təəssüf ki, biz abidələrin üzərində güllə izləri gördük.
 

MÖVZU İLƏ BAĞLI:

Türk Şurasına üzv dövlətlərin jurnalistləri ŞUŞADADIR


Bu, çox böyük vandalizmdir. Belə bir şey olmamalıdır, insanlara və onun tarixinə hörmət etmək lazımdır".

S.Rəhimov, həmçinin, Azərbaycanın digər azad edilmiş rayonlarına səfərləri ilə bağlı düşüncələrini bölüşüb:

"Biz Cəbrayıl rayonunda dağıntıları görüb çox təsirləndik. Orada hatta qəbiristanlıqlar dağıdılıb, evlərin ancaq divarları qalıb. Hiss olunur ki, əvvəllər orada həyat olub və ümid edirik ki, tezliklə bərpa olunacaq, insanlar doğma evlərinə qayıdacaqlar.

Mən inanırdım ki, Azərbaycan xalqı öz ərazi bütövlüyünü bərpa edəcək. Birinci Qarabağ müharibəsindən sonra Azərbaycan xalqı daha güclü oldu, buraya qayıdacağı və ədalətin bərpa olunması ümidi ilə yaşamağa başladı".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin