Rövşən Əkbərovun oğlu vəkil Elçin Sadıqova hücum etdi - DETALLAR

Hazırda oxunan: Rövşən Əkbərovun oğlu vəkil Elçin Sadıqova hücum etdi - DETALLAR

35114

Vəkillər Kollegiyasının üzvü Elçin Sadıqov hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciət edərək bu gün məhkəmədə hazırda həbsdə olan general-leytenant Rövşən Əkbərovun oğlunun ona hücum etdiyini bildirib. 

Bizim.Media xəbər verir ki, bu barədə vəkil özünün sosial şəbəkə hesabında yazıb. 

E.Sadıqov qeyd edib ki, general Rövşən Əkbərovun təqsirləndirildiyi cinayət işi üzrə öldürülmüş Əliyev Elçin Fəday oğlunun hüquqi varisi Əliyev Fədayın hüquqlarını müdafiə edir: 
 

MÖVZU İLƏ BAĞLI:

Rövşən Əkbərov cinayətlərindən niyə QAÇIR? 


“Məhkəmə prosesində Rövşən Əkbərovun əməlinin ifşa olunması üçün fəaliyyət göstərdiyimə görə məhkəmə iclasından çıxarkən Bakı Hərbi Məhkəməsinin ikinci mərtəbəsində pilləkanın qarşısında Rövşən Əkbərovun oğlu (mətbuatdan öyrəndim ki, adı Telmandır) mənə hücum etdi.

Onun qarşısını digər şəxslər aldı. Bununla bağlı məhkəmənin kamera yazısından başqa məndə də sübut var. Xahiş edirəm ki, bu faktı xüsusi nəzarətə götürərək, Rövşən Əkbərovun oğlunun məsuliyyətə cəlb edilməsinə göstəriş verəsiniz”.
 

Vəkil özünün Facebook səhifəsində Prezident İlham Əliyev, Daxili İşlər naziri Vilayət Eyvazov və Baş Prokuror Kamran Əliyevə müraciət edərək, vurğulayıb ki, vəkillərə qarşı zorakılıq cəzasız qaldığından son zamanlar vəkillərə qarşı hədə qorxu gəlmək və zorakılıq artamqdadır. 


"Artıq vətəndaşlar da cəzasız qalacaqlarına əmin olduqları üçün vəkillərə hücum edirlər", - E.Sadıqov yazıb.

Bizim.Media
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin