Səhər saatlarında havada toz dumanı müşahidə olunur. Günortaya doğru toz dumanı daha da sıxlaşıb.
Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata görə toz dumanı günorta saatlarından başlayaraq Bakı və Abşeron yarımadasında cənub-şərq istiqamətli hava kütlələri vasitəsilə ölkəmizə daxil olub:
MÖVZU İLƏ BAĞLI:
Sentyabr ayında hava necə olacaq? - RƏSMİ və qeyri-rəsmi proqnozlar
“Peyk görüntülərindən əldə olunan məlumata əsasən, havada müşahidə olunan toz dumanı transsərhəd xarakter daşıyır. Hazırda havada tozun miqdarı normadan 2 dəfə çoxdur. Belə tozlu havanın gün ərzində davam edəcəyi gözlənilir”.
Alçina Amilqızı, Bizim.Media