Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, ədliyyə naziri Fikrət Məmmədovun əmri ilə ədliyyə polkovnik-leytenantı Elgiz İsmayılov Müalicə Müəssisəsinə rəis təyin edilib.
Qeyd edək ki, E. İsmayılov bundan əvvəl Müalicə Müəssisəsində rəis müavini vəzifəsində çalışıb.
Onu da qeyd edək ki, Müalicə Müəssisəsinin əvvəlki rəisi Şahkişi Bağırov ədliyyə orqanlarında qulluqkeçmə yaş həddinə çatması ilə əlaqədar təqaüdə çıxıb.





































































































