Azərbaycanlı işadamı Araz Ağalarova məxsus olan Rusiyanın “Crocus Group” şirkəti Moskvanın mərkəzindəki bütün binalarını satır.
Bizim.Media xəbər verir ki, bunu şirkətinin birinci vitse-prezidenti Emin Ağalarov “RİA Novosti“yə açıqlamasında deyib.
"Moskvanın mərkəzində “Crocus Group”a məxsus bütün binaları satışa qoyduq. Obyektlərin ümumi sahəsi təxminən 2 min kvadratmetrdir. Hazırda əsas brend markalarla fəal danışıqlar aparırıq”, deyə Emin Ağalarov qeyd edib.
MÖVZU İLƏ BAĞLI:
Araz Ağalarov: “Bütün mafiya başçıları ilə söhbətim olub” - MÜSAHİBƏ
Satış səbəblərindən danışan Azərbaycanın Xalq artisti bu cür daşınmaz əmlakın gəlirliliyinin azaldığını söyləyib:
"Moskva daha çox piyadalar üçün nəzərdə tutulan məkana çevrildi və analitiklərimizə görə bu bölgələrdə daşınmaz əmlakın qiymətləri tezliklə aşağı düşməyə başlayacaq. Yeni sahiblər razılıq verərsə, binaların kirayəçisi kimi qala bilərik”.
Bizim.Media