Azərbaycanın Baş prokuroru Türkiyəyə getdi

Hazırda oxunan: Azərbaycanın Baş prokuroru Türkiyəyə getdi

35070

Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyənin paytaxtı Ankara şəhərinə gedib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Baş Prokurorluğun Mətbuat xidməti yayıb.

Mənbə bildirir ki, səfər Türkiyə Respublikası Ali Məhkəməsinin sədri Mehmet Akarca və Baş prokuror Bekir Şahinin dəvəti ilə reallaşdırılıb.

Kamran Əliyev qardaş ölkənin Ali Məhkəməsi və Baş Prokurorluğunun yeni inzibati kompleksinin açılışında iştirak edəcək, həmçinin “Kassasiya instansiyası məhkəmələrində mükəmməllik” mövzusunda keçiriləcək beynəlxalq simpoziuma qatılacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin