2003-cü il 16 oktyabrda "Bizim Azərbaycan" blokunun keçirdiyi mitinqdə dünyasını dəyişmiş müsavatçı Həmidağa Zahidovun oğlu Mirzə Zahidov bu gün keçrilən prezident seçkilərində İlham Əliyevə səs verdiyini bəyan edib.
Avropa.info xəbər verir ki, Mirzə Zahidov bunu öz Facebook hesabında açıqlayıb. Qeyd edək ki, Saatlı rayonunda anadan olan Həmidağa Zahidov Müsavat Partiyasının rayon şöbəsinin sədri idi. O, 2003 cü ildə 52 yaşında vəfat etdi.































































































