Şimal bölgəsinə artıq ilk qar düşüb. Bəzi yerlərdə qarın qalınlığı 25 santimetrə çatıb.
Qusarın dağlıq yaşayış məntəqəsi olan Aladaş kəndinə ötən gündən başlayaraq təxminən 10 sm-dən çox qar yağıb.
Sakinlər əraziyə bu mövsüm ilk dəfədir qar
düşdüyünü deyirlər.
Quba Ərazi Hidrometroloğiya İdarəsindən verilən
məlumata görə, ən çox qar Qubanın Qırız və Qusarın Ləzə kəndlərinə yağıb. Burda
qarın hündürlüyü 25 santimetrdi. Didər dağlıq yaşayış məntəqələrində isə 10-15
sm qar müşahidə olunur.
































































































