«BakıKart» ın balansını internetlə artırmaq mümkün olacaq

Hazırda oxunan: «BakıKart» ın balansını internetlə artırmaq mümkün olacaq

3496

Yaxın vaxtlarda "BakıKart" nəqliyyat kartlarının balansının artırılması xidməti internet üzərindən də həyata keçiriləcək.

Bizim.Media xəbər verir ki, bu barədə "Online Baku City Forum"da çıxış edən Bakı Nəqliyyat Agentliyinin Yol hərəkətinin təşkili şöbəsinin müdiri Tərlan Səfərov açıqlama verib.

Hazırda bununla bağlı, həmçinin "Visa" və "Mastercard" bank kartları vasitəsilə də sərnişin nəqliyyatından istifadəyə görə təmassız ödənişləri aparmaq imkanının yaradılması istiqamətində işlər aparılır. 

T.Səfərov bildirib ki, layihə yaxın zamanda artıq onlayn ödəmə sistemi vasitəsi ilə işə düşəcək, bu da ümumi vəziyyətin yüngülləşdirilməsinə səbəb olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin