İmişlidə “taksi paradı” keçiriləcək

Hazırda oxunan: İmişlidə “taksi paradı” keçiriləcək

34936

“Yaxın günlərdə İmişlidə “taksi paradı” keçiriləcək”. Bu barədə Moderator.az-ı özəl mənbə bilgiləndirib. Mənbənin məlumatına görə, bu təşəbbüslə çıxış edən bir qrup sürücü, bununla ali siyasi hakimiyyətin diqqətini rayondakı işsizliyə cəlb etmək niyyətindədir: “İnsanların məşğulluq səviyyəsi ilə bağlı ciddi problemlərin mövcud olduğu İmişlidə az-çox əmək qabiliyyətinə malik hər kəs borc və ya kredit vasitəsi ilə avtomobil alaraq öz dolanışığını taksiçilik hesabına təmin etməyə çalışır. Bu səbəblə də son bir ildə rayonda taksi fəaliyyəti ilə məşğul olan şəxslərin sayında ciddi artım müşahidə edilib ki, bu da taksi bazarındakı müştəri qıtlığının bir qədər də artmasına səbəb olub. Bu gün rayonda fəaliyyət göstərən taksi sürücülərinin demək olar ki, hamısı işsizlikdən əziyyət çəkir. Odur ki, son günlər bir qrup taksi sürücüsü yetkililərin diqqətini rayondakı işsizliyə cəlb etmək üçün “taksi paradı” keçirməyə qərar verib. Belə ki, sürücülər müştəri üzünə həsrət qalan taksilərlə kalon şəklində şəhərin magistral yollarında dolanmaq, siqnal səsləri ilə yatmış məmur vicdanlarını oyatmaq niyyətindədirlər. Sürücülər hesab edir ki, bəlkə bundan sonra məmur kontingenti İmişlidə insanların işə olan tələbatını ödəmək üçün hansısa istehsal sahəsi yaradar, vətəndaşları son qəpik-quruşunu taksiyə verib keçmələri müştərisiz dolaşmaq əziyyətindən xilas edər”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin