Daşkəsənə qar yağdı - Əhəd Abıyevdan açıqlama

Hazırda oxunan: Daşkəsənə qar yağdı - Əhəd Abıyevdan açıqlama

34921

Bu gecə Daşkəsən rayonuna 30 santimetr qalınlığında qar yağıb. Publika.Az-ın məlumatına görə, qar yağması nəticəsində rayonun Qabaqtəpə, Təzəkənd, Astaf, Çıraqlı, Güneykənd, Pirverdilər, Xoşbulaq, Zağalı, Zaraqallar və digər dağ ətəyi kəndlərinin şəhər mərkəzinə aparan yolları yararsız vəziyyətə düşüb. Bundan əlavə, ötən gecədən başlayan güclü tufan, dolu yağış və qar nəticəsində rayonda olan ağacları qırılaraq elektrik naqilləri üzərinə aşıb.

Bunun nəticəsində isə rayonda olan xeyli sayda elektrik dirəkləri sıradan çıxıb.

Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev Publika.Az-a açıqlamasında deyib ki, hazırda problemlər aradan qaldırılır. Onun sözlərinə görə, təbii fəlakət nəticəsində rayona bir sıra ziyan dəyib: “Hazırda əlaqə kəsilmiş yerlərdə elektrik bərpa edilir, yollar təmizlənir. Bunun üçün gücləndirilmiş iş rejimində çalışırıq. Allahın köməyi ilə ən yaxın vaxtlarda problemlər aradan qaldırılacaq. Onu da qeyd edim ki, ilin bu vaxtında Daşkəsəndə qar və dolu yağışın yağması tarixi hadisədir. Çünki indiyədək bu vaxtda rayonda belə hadisə olmayıb. Bilirsiniz ki, Daşkəsənin iqlimi sərt soyuq keçir. Burada qış çox soyuq olur. Əbəs yerə demirlər ki, Daşkəsən Azərbaycanın Uralıdır. Ancaq bütün bu kimi problemlərə baxmayaraq bütün daşkəsənlilər bu həftə keçiriləcək prezident seçkilərinə hazırlaşır. Bunun üçün də yaranmış hər hansı problemlərin tez zamanda aradan qaldırılması istiqamətində işlər görülür. İcra başçısı olaraq da mən üzərimə düşən bütün işləri görəcəm ki, qarşıdan gələn seçkilərdə Daşkəsən sakinlərinin seçkilərdə iştirakı asan olsun. Təbii fəlakət nəticəsində sıradan çıxmış yolların tezliklə bərpasına çalışırıq və əminəm ki, ən yaxın zamanda bu həll olunacaq və seçicilərin seçkilərdə iştirakı asan olacaq”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin