«Dövlət başçısının sərəncam və tapşırığına əsasən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun layihəsi hazırlanıb".
Bu barədə Bizim.Media-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.
Məlumtda qeyd edilib ki, layihənin icrasına start verilən yolun ümumi uzunluğu 101,5 kilometr, eni isə 37,7 metr təşkil edəcək.
Yolun əsas hissəsinin eni 21,5 olmaqla 4 hərəkət zolağından ibarət olacaq.
Bundan başqa layihə üzrə hər bir istiqamətdə əlavə geniş hərəkət hissəsinə malik 1 ehtiyyat zolağın inşası da nəzərdə tutulub. Ehtiyyat zolaqlarla birgə yolun 6 hərəkət zolağından ibarət olması planlaşdırılır.
"Yeni Füzuli-Şuşa magistral avtomobil yolu başlanğıcını M6 Hacıqabul-Bəhrəmtəpə-Mincivan-Ermənistan Respublikası ilə dövlət sərhədi magistral yolunun Füzuli rayonunun Əhmədbəyli kəndindən keçən hissəsindən götürməklə işğaldan azad edilmiş Füzuli, Xocavənd və Xocalı rayonlarının ərazisindən keçir.
Avtomobil yolu Füzuli və Şuşa şəhərləri də daxil olmaqla sözügedən rayonların 20-dən artıq yaşayış məntəqəsini əhatə edəcək.
Hazırda "İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən layihə boyu torpaq işləri görülür.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:10 / 25.11.2020
Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun layihəsi hazırdır
Hazırda oxunan: Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun layihəsi hazırdır
Hazırda oxunan: Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun layihəsi hazırdır
3492
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.