Azərbaycan Yazıçılar Birliyinin (AYB) növbəti qurultayı oktyabrda Şuşada keçiriləcək.
Bizim.Media xəbər verir ki, qurultayın Şuşada keçirilməsi təklifi ilə AYB sədri Anar çıxış edib.
Prezident İlham Əliyev təklifi razılıqla qarşılayıb.
MÖVZU İLƏ BAĞLI:
“Bir vaxt deyirdilər ki, Anarı avtomatla ordan çıxaracağıq” - Xalq yazıçısı bəzi sirləri açdı
Anar qurultayda xaricdən də qonaqların iştirak edəcəyini deyib.
“Yaxşı olar. Yer də var burada keçirmək üçün”, - deyə Prezident qeyd edib.
AYB-nin ali orqanı olan qurultay beş ildən bir çağırılır. Qurultay sonuncu dəfə 2014-cü keçirilib. Ötən il aprel ayında çağırılması planlaşdırılan XIII qurultay pandemiya ilə əlaqədar oktyabr ayına keçirilmişdi.
Bizim.Media