Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşının dələduzluq etməsi ilə bağlı Bərdə Rayon Prokurorluğuna daxil olmuş vətəndaş müraciəti əsasında aparılmış araşdırma nəticəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
Bu barədə Bizim.Media-ya rayon prokurorluğundan məlumat verilib.
Aparılan istintaq zamanı müəyyən edilib ki, Quliyev Elvin Afiq oğlu FHN-in Mühafizə Xidmətinin Neftayırma müəssisələri üzrə Yanğından Mühafizə dəstəsinin inspektoru vəzifəsində işləyərkən tanışı Fikrət Hüseynovun övladı Rüfət Hüseynovu həmin Xidmətdə yanğınsöndürən vəzifəsinə təyin etdirəcəyini yalandan vəd verib, 2021-ci ilin fevralın 15-də Fikrət Hüseynovdan 10 min manat məbləğində pulu alaraq öz qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda ziyan vurmaqla dələduzluq edib, bu əməli ilə də sonuncunu rüşvət verməyə təhrik edib.
Elvin Quliyev müxtəlif maddələrlə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq davam edir.
Bizim.Media
![](https://a.bizim.media/file/articles/2021/08/30/1630326477_0de-4-kcur-kcur-kcur-kcur-kcur-kcur-kcur-kcur-kcur-kcur-kcur-kcur-kcur-kcur.jpg)
- A-
- A
- A+
Cəmiyyət
16:25 / 30.08.2021
FHN-in əməkdaşı həbs edildi - SƏBƏB
Hazırda oxunan: FHN-in əməkdaşı həbs edildi - SƏBƏB
Hazırda oxunan: FHN-in əməkdaşı həbs edildi - SƏBƏB
34845
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.