Ağdərədə əsir götürülən Cəmil Babayev barədə RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Ağdərədə əsir götürülən Cəmil Babayev barədə RƏSMİ AÇIQLAMA

34819

“Cəmil Babayev barədə Əsir və itkin düşmüş, girov vətəndaşlarla əlaqədar Dövlət Komissiyası Beynəlxalq Qızıl Xaç Komitəsinə müraciət edib və bu istiqamətdə lazimi tədbirlər görülür”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında Əsir və itkin düşmüş, girov vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi Qrupunun rəhbəri İsmayıl Axundov deyib.

“Artıq erməni tərəfi Cəmil Babayevin həqiqətən də onlarda əsir olması barədə məlumatı təsdiqləyiblər. Bildiyimiz kimi o, Gəncə hospitalının psixiatriya bölməsini özbaşına tərk edib və C.Babayevin sağlamlığı ilə bağlı problemləri var. Onun qaytarılması istiqamətində Beynəlxalq Təşkilatlarla müvafiq işlər aparılır. Bu yaxınlarda BQXK ona baş çəkib son durumu ilə bağlı bizə məlumat verəcək”. 
 

MÖVZU İLƏ BAĞLI:

"Azərbaycan 30 ildir ki, Ermənistanın təcavüzü ilə üzləşib" - Leyla Abdullayeva


Qeyd edək ki, avqustun 25-də  Azərbaycan Ordusunun müddətdən artıq xidmət edən hərbi qulluqçusu Cəmil Babayev Qarabağda Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazidə erməni separatçıları tərəfindən əsir götürülüb.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin