Bir
müddət öncə Gədəbəydə misligörünməmiş oğurluq hadisəsi baş verib. Rayondakı mənbələrdən
Moderator.az-a verilən məlumata görə bu yay Ermənistanla sərhəddə bu günədək
hüquq-mühafizə orqanlarını da çaş-baş salan qeyri-adi olay nəticəsində xeyli
sayda mal-qara düşmən tərəfə keçib və ya keçirilib.İddialara görə Gədəbəyin Düzyurd kəndinin yaylaqları düz təmas
xəttində yerləşir və əhalinin mal-qarası demək olar ki, çox vaxt neytral zonaya
keçir, sonradan qayıdır. Bu ilsə müxtəlif vaxtlarda yüzə yaxın mal-qara yoxa
çıxıb. Ən sonuncu müəmma isə bir gündə 45 baş iribuynuzlu mal-qaranın yoxa
çıxmasıdır. Rayon sakinləri iddia edir ki, onların heyvanlarını hərbçilər keçirərək
erməni tərəfə satıblar. Hətta bunu öz gözləriylə gördüyünü iddia edənlər də
var. Hərbçilərsə bu ittihamları qətiyyətlə rədd edirlər. Rayon polisi isə nə
günahkarları tapa bilir, nə itik sahiblərini sakitləşdirmək mümkün olur.
Əldə
etdiyimiz məlumatın dəqiqliyinə şübhə etməsək də ən etibalı mənbə kimi rayondan
deputat seçilmiş Sevinc Hüseynovanı da aradıq. Millət vəkili olayı təsdiqlədi və
bildirdi ki, ümumilikdə neçə baş mal-qaranın itməsi və ya oğurlanması barədə xəbəri
yoxdur,ancaq ona ünvanlanan şikayət məktubunda yalnız 45 mal-qaranın yoxa
çıxmasından bəhs edilir. Deputat bildirdi ki, ona ünvanlanan məktubu aidiyyatı üzrə
Daxili İşlər Nazirliyinə göndərib.

































































































