Yanacaqdoldurma məntəqəsi, yoxsa “morq”?

Hazırda oxunan: Yanacaqdoldurma məntəqəsi, yoxsa “morq”?

34789

Novxanıda magistral yola bitişik yeni yanacaqdoldurma məntəqəsi inşa edilib. Bu barədə Moderator.az saytını bilgiləndirən özəl mənbənin sözlərinə görə, inşası başa çatan obyekt OSCAR şirkətinə məxsusdur: “Novxanıda tikilən yeni yanacaqdoldurma məntqəsini insanların çoxu morq adlandırır. Buna səbəb OSCAR şirkətinə məxsus yanacaqdoldurma məntəqəsinin yola bitişik inşa edilməsidir. Sürət həddinin kifayət qədər yüksək olduğu magistral yola bitişik belə bir obyektin istifadəyə verilməsi ətraf ərazidə məskunlaşan vətəndaşlar tərəfindən narahatlıqla qarşılanmaqdadır. Vətəndaşlar hesab edir ki, yanacaqdoldurma məntəqəsi təcili olaraq ərfazidən köçürülməli, hər hansı bir faciə baş vermədən problemin qarşısı alınmalıdır. Əks təqdirdə, yanacaqdoldurma məntəqəsinin eyni zamanda morq funksiyasını yerinə yetirəcəyi şübhəsizdir”.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin