Azərbaycanda arvadını bıçaqlayan şəxs tutuldu

Hazırda oxunan: Azərbaycanda arvadını bıçaqlayan şəxs tutuldu

34781

Prokurorluq Masallı rayonunda baş vermiş hadisə ilə bağlı məlumat yayıb.

Rayon prokurorluğundan Bizim.Media-ya daxil olan məlumatda deyilir:

"Avqustun 28-i saat 10 radələrində 1991-ci il təvəllüdlü Elza Ağayevanın Masallı rayonu ərazisində xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin əri 1985-ci il təvəllüdlü Ariz Ağayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Elza Ağayevaya çoxsaylı bıcaq xəsarətləri yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Masallı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.

Ariz Ağayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin