Zərdüşt Əlizadə: “Azərbaycanın iradəsi həlledici deyil”

Hazırda oxunan: Zərdüşt Əlizadə: “Azərbaycanın iradəsi həlledici deyil”

34776

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyi İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Rövşən Rzayev  mətbuata verdiyi son açıqlamasında bildirib ki, yaxın günlərdə Dağlıq Qarabağ ətrafında olan və Azərbaycana məxsus  7 rayon azad ediləcək.  Deputatın sözlərinə görə, Azərbaycan tərəfi rayonların azad olunması üçün artıq Ermənistana tərəfinə vaxt qoyub.

Rəsmi Bakının öz torpaqlarını azad etmək üçün işğalçı tərəfə vaxt qoyub gözləməsi əslində nə dərəcədə doğru addımdır?

Moderator.az-a açıqlama verən politoloq Zərdüşt Əlizadənin sözlərinə görə o, millət vəkili Rövşən Rızayevin səmimiyyətinə şübhə ilə yanaşır:

“Dağlıq Qarabağ münaqişəsi mürəkkəb bir prosesdir burda  bir çox şey Azərbaycan tərəfinin iradəsindən aslı deyil. Münaqişədə ABŞ, Rusiya kimi dövlətlər, BMT, Minsk qrupu kimi təşkilatların da mövqeyi həlledici amillərdəndir. Mənə həmçinin Azərbaycan iqtidarının mövqeyi,  istəyi də bəllidir. Bizim iqtidarın prioritetləri sırasında Qarabağ 6-cı, 7-ci cərgədə durur. Ona görə mən düşünmürəm ki, Azərbaycan tərəfi Ermənistan rəhbərliyinin qarşısına belə bir şərt qoysun”

Xəyal Əzizov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin