Sərnişinlərdən 211 saylı avtobusa orijinal etiraz

Hazırda oxunan: Sərnişinlərdən 211 saylı avtobusa orijinal etiraz

34763

Bu gün səhər saatlarında Yeni Yasamal ərazisində 211 saylı avtobusda insident yaşanıb. Daha doğrusu, dayanacağa yarım saat gecikmə ilə gələn avtobusun sürücüsü ilə işə gecikdiklərindən əsəbləri tarıma çəkilmiş sərnişinlər arasında mübahisə yaranıb və sərnişinlərin bir çoxu etiraz əlaməti olaraq gediş haqqını ödəməyiblər və bunu nümayişkaranə şəkildə sürücüyə göstəriblər. Sərnişinlər hadisə yerində olan Moderator.az-ın müxbirinə bildiriblər ki, 211 saylı avtobus demək olar ki, hər gün dayanacağa gecikmə ilə çatır və mənzil başına getməkdə hər dəfə çətinliklərlə üzləşməli olurlar.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin