Müdafiə Nazirliyi: Kəlbəcər atəşə tutulub, yaralanan yoxdur

Hazırda oxunan: Müdafiə Nazirliyi: Kəlbəcər atəşə tutulub, yaralanan yoxdur

34690

Müdafiə Nazirliyi Azərbaycan Ordusunun bölmələri tərəfindən guya bir neçə istiqamətdə atəş açılması, atışmanın 2 saatdək davam etməsi və hərbçilərimiz arasında yaralıların olması barədə Ermənistan tərəfinin yaydığı xəbərə münasibət bildirib.

Bizim.Media Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, qarşı tərəfin yaydığı məlumat tam yalandır və təxribat xarakteri daşıyır.

Bu cür məlumatları yaymaqla qarşı tərəf Ermənistan ordusunun bölmələrində baş verən silahlı insidentlər nəticəsində həlak olan və yaralanlar barədə məlumatları gizlətmək məqsədi güdür.
 

MÖVZU İLƏ BAĞLI:

Ağdam, Xocalı və Xocavənd istiqamətindəki mövqelərimiz atəşə tutuldu - RƏSMİ


“Əksinə, Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 29-u saat 01:40-dan 02:10-dək Basarkeçər rayonunun Zod yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub.

Cavab atəşilə qarşı tərəf susdurulub.

Rəsmi olaraq bildiririk ki, Azərbaycan Ordusunun bölmələri arasında yaralanan yoxdur”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin