“Barak Obama Nobel Sülh Mükafatını aldıqdan sonar bu ödülün nüfuzu xeyli dərəcədə aşağı düşüb. İndi də Rusiya prezidenti Vladimir Putinə bu mükafatı vermək isəyirlər”.Bu sözləri Moderator.az-a açıqlamasında politoloq Zərdüşt Əlizadə deyib. Qeyd edək ki, son günlər dünyanın bir sıra mətbu orqanlarında Rusiya prezidenti Putinin Suriya müharibəsinin qarşısını aldığına görə, Nobel mükafatına layiq görülə biləcəyinə dair xəbərlər yayılmaqdadır. Politolqun bildirdiyinə görə, Putinin özü bu günə qədər bir çox müharibələrin başlamasına səbəb olub:
“Xatırlayırsınızsa bir neçə il öncə Rusiya ordus Gürcüstan ərazilərinə hücum edib çoxlu sayda insanın ölümünə səbəb oldu, Çeçenistan müharibəsini də unutmamalıyıq. Azərbaycan və Ermənistan arasında hələ də razılığın, sülhün əldə olunmamasının əsas səbəbkarı bu gün sülh mükafatı almaq istəyən Vladimir Putundir”.
Xəyal Əzizov































































































