Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) ənənəvi təhsilə keçidlə bağlı sorğu keçirilib.
Bizim.Media xəbər verir ki, universitetin rektoru Ədalət Muradov sorğunun nəticlərini “Facebook” hesabında bölüşüb.
MÖVZU İLƏ BAĞLI:
40 min tələbəyə YAŞIL İŞIQ – TƏLƏSİN!
Sorğuda bütövlükdə 11289 müəllim, tələbə və əməkdaş iştirak edib. UNEC müəllimlərinin 50.6, tələbələrinin 46.4, əməkdaşlarının isə 45.9 faizi onlayn formaya üstünlük verib.
Bununla yanaşı, müəllimlərin 16, tələbələrin 19.6, əməkdaşların 19.1 faizi qarışıq (onlayn + ənənəvi) rejimi seçiblər.
Çoxluq ənənəvi işin bərpasını istədiklərini bildiriblər.
Bizim.Media