Əflatun Amaşov namizədlərlə bağlı qara “piar”dan narahatdır

Hazırda oxunan: Əflatun Amaşov namizədlərlə bağlı qara “piar”dan narahatdır

34662
“Bizi ən çox narahat edən məsələ seçkilər ərəfəsində bəzi jurnalistlər tərəfindən namizədlərlə bağlı ictimaiyyətdə qara piarın aparılmasıdır”. APA-nın məlumatına görə, bunu Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.
 
O qeyd edib ki, qara “piar” aparılması ilə bağlı hələlik Mətbuat Şurasına rəsmi müraciət daxil olmayıb: “Amma biz “Qaynar xətt” yaradacağıq ki, belə məsələlərlə respublikanın bütün bölgələrindən bu xəttə müraciət etmək mümkün olacaq”.
 
Ə. Amaşov qeyd edib ki, keçirilən aksiyalarda, mitinqlərdə jurnalist-polis münasibətlərinin aydınlaşdırılması üçün monitorinq qrupu da yaradılıb. MŞ sədri bildirib ki, təbliğat-təşviqat kampaniyasında iştirak etmək üçün 50 KİV qeydiyyatdan keçib: “Biz seçkilərdən sonra seçkilərdəki reklamlardan KİV-in nə qədər gəlir götürməsi ilə bağlı monitorinq aparacağıq”.

Moderator.az
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin