Abırı aparan, ömrü qısaldan GÜNAHLAR 

Hazırda oxunan: Abırı aparan, ömrü qısaldan GÜNAHLAR 

34644

Yaxşı əməl insanın ürəyini və simasını nurlandırdığı halda, günah ürəyi qaraldar və başqalarının nifrətinə səbəb olar. 

Bizim.Media günah olan əməlləri təqdim edir. 

Qətl. 

Peşmanlıq gətirən kəbirə günah - qətldir. İmam Səccad (ə) buyurur: "O günah ki, peşmanlıq gətirər, (onlardan biri) Allahın (öldürməsini) haram etdiyi insanı öldürməkdir". 

Allah Təala Qabilin qardaşını öldürmək macərasında buyurur: "Səhəri peşman halda etdi". 

Abırı aparan günahlar. 

Pərdəni kənara çəkən günahlar ibarətdir: 

1. Qaytarmağa niyyəti olmadığı halda borc almaq. 

2. İsraf etmək. 

3. Ailəyə qarşı simiclik etmək. 

4. Pis əxlaq. 

5. Az səbir. 

6. Tənbəllik. 

7. Dindarlara xəyanət etmək. 

Ömrü qısaldan günahlar. 

Bəzi günahlar ömrü qısaldar və onlar ibarətdir: 

1. Qohumlarla əlaqəni kəsmək. 

2. Yalandan and içmək. 

3. Yalan danışmaq. 

4. Zina. 

5. Müsəlmanların yolunu bağlamaq. 

6. Yalandan imam olduğunu iddia etmək. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin