MDB-nin özünütənzimləmə qurumları şəbəkəsində sədrlik Azərbaycana keçdi

Hazırda oxunan: MDB-nin özünütənzimləmə qurumları şəbəkəsində sədrlik Azərbaycana keçdi

34619

Moderator.az-ın əldə etdiyi məlumata görə Müstəqil Dövlətlər Birliyinin medianın özünütənzimləmə qurumları şəbəkəsinin növbəti toplantısı gələn il Bakıda keçiriləcək. Qərar qurumun sentyabrın 27-dən 29-dək Ukraynanın Odessa şəhərində keçirilən illik toplantısında qəbul edilib.

Mətbuat Şurasından “Media forum”a verilən məlumata görə, şəbəkəyə sədrlik Azərbaycana keçib. Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov qarşıdakı bir il müddətində şəbəkəyə sədrlik edəcək.

Şəbəkənin məsul katibi postuna Mətbuat Şurası İdarə Heyətinin üzvü, Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli təsdiqlənib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin