Perulu jurnalist: “Ermənilər insan həyatı ilə çox təhlükəli oyun oynayırlar”

Hazırda oxunan: Perulu jurnalist: “Ermənilər insan həyatı ilə çox təhlükəli oyun oynayırlar”

34613

"Mən ermənilərdən soruşmaq istəyərdim ki, bu qədər dağıntı bacarığını haradan öyrəniblər? Hesab edirəm ki, onların Ağdamda inkişafa, quruculuğa heç bir marağı və niyyəti olmayıb". 

Bizim.Media xəbər verir ki, bu fikirləri Perunun "La Razon" qazeti və "Prensa21" xəbər portalının direktoru Karlos Linares Latın Amerikasında fəaliyyət göstərən nüfuzlu media nümayəndələrinin Ağdama səfəri zamanı jurnalistlərə deyib. 

Onun sözlərinə görə, ermənilər torpaqları işğal altında saxladıqları müddətdə heç bir əməli addım atmayıblar:  

"Ermənilər burada yaşayış üçün zərrə qədər çalışmayıblar. Əksinə, onlar dağıtmaqda çox maraqlı olublar. Biz bura gələndə məlumat aldıq ki, təkcə Ağdama 97 mindən çox mina basdırılıb. Onların bu addımı da onu deməyə əsas verir ki, ermənilər insan həyatı ilə çox təhlükəli oyun oynayırlar. Bu faktın özü vaxtilə burda yaşamış insanların geri qayıdışını mümkün qədər ləngitmək və hətta mümkünsüz etməyə yönəlib". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin