Təhlükəli vaksinlər dövriyyədədir - Azərbaycanda nazirlikdən AÇIQLAMA gözlənilir

Hazırda oxunan: Təhlükəli vaksinlər dövriyyədədir - Azərbaycanda nazirlikdən AÇIQLAMA gözlənilir

34592

Yaponiyada “Moderna” peyvəndinin istifadəsi dayandırılıb. Buna səbəb onun tərkibində naməlum qatışıqların tapılmasıdır.

Ölkənin Səhiyyə, Əmək və Rifah Nazirliyi təxminən 1,63 milyon "Moderna" peyvəndi ilə əlaqədar yoxlamaya başlayıb. 

Qeyd edək ki, ABŞ-ın "Moderna" şirkətinin koronavirusa qarşı peyvəndi İspaniya ərazisində istehsal edilir.

Məlumdur ki, Azərbaycanda "Moderna" peyvəndi istifadə olunmur. Ölkədə hazırda 4 vaksindən istifadə olunur, bunlar “Sinovac”, “AstraZeneca”, “Sputnik V”, “Pfizer” vaksinləridir. Həmin peyvəndlər Ümümdünya Səhiyyə Təşkilatı tərəfindən təsdiqlənib. 

Bəs, ölkəmizdə istifadə olunan vaksinlərin tərkibi yoxlanılırmı? 
 

MÖVZU İLƏ BAĞLI:

Saxta peyvənd pasportu olanlar aeroportda tutulacaq – Yeni sistem TƏTBİQ OLUNDU


Bizim.Media bununla bağlı Səhiyyə Nazirliyinə sorğu ünvanlasa da, cavab ala bilməyib. 

İnternet araşdırmamız zamanı da hər hansı bir rəsmi qurum tərəfindən peyvəndlərin tərkibinin yoxlanılması barədə açıqlamaya rast gəlmədik. Bəzi ekspertlər isə hesab edir ki, koronavirus peyvəndinin digər peyvəndlərdən ciddi fərqi yoxdur. Buna görə də onlarla bağlı geniş tədqiqatlara lüzum görülmür.

Bununla belə, həm dünya ölkələrində, həm də Azərbaycanda vaksinasiyadan sonra durumu pisləşənlərin olması haqda xəbərlər dolaşmaqdadır. Bu da vaksinasiya prosesinə ümumi yanaşmaya öz təsirini göstərir.


Bu baxımdan Azərbaycana gətirilən peyvəndlərin tərkibinin ölkəmizdə yoxlanılması və bununla bağlı cəmiyyətə açıqlamanın verilməsi məqsədəuyğun olardı. 

Hər halda Yaponiyada aşkarlanan fakt da buna əsas verir. 

Xatirə Nəsirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin