Sentyabrın 1-nə olan məlumata görə, Naxçıvan Muxtar Respublikasında əhalinin sayı bir il əvvəlkinə nisbətdə 9 min 23 nəfər və ya 2,1 faiz artaraq 433 min 252 nəfər təşkil edib.
Muxtar respublikanın Dövlət Statistika Komitəsindən AzərTAc-a bildiriblər ki, 2013-cü ilin yanvar-avqust aylarında 7 min 82 körpə doğulub ki, bu da 2012-ci ilin müvafiq dövrü ilə müqayisədə 144 nəfər çoxdur.

































































































