"Azərkosmos" ASC bu gün işğaldan azad olunmuş Kəlbəcər rayonunun “Azersky” peyki ilə çəkilmiş görüntüsünü yayıb.
Bizim.Media xəbər verir ki, «Azərikosmos»un bununla bağlı açıqlamasında deyilir:
"Ali Baş Komandan İlham Əliyevin diplomatik danışıqlar müstəvisində böyük ustalığı və ordumuzun döyüş meydanında göstərdiyi şücaəti sayəsində torpaqlarımızın hər bir qarışı erməni işğalından azad olur''.
''İşğal dövrü ərzində Kəlbəcər rayonunda xeyli sayda tarixi-mədəniyyət abidəsi, muzey, “İstisu” sanatoriyası və digər mühüm obyektlər erməni vandalları tərəfindən xarabalığa çevrilib''.
''Rayonun ərazisindəki Qafqaz Albaniyası memarlığının nümunəsi olan “Xudavəng” və “Gəncəsar” monastır kompleksləri ermənilərin təcavüzünə məruz qalıb, işğalçı tərəfindən bu məbədlər erməni kilsəsi kimi təqdim olunublar''.
''Kəlbəcəri tərk edərkən evləri, meşələri yandıraraq rayonun ekoloji durumuna ziyan vermələri erməni barbarlığının ən son nümunəsidir".
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:12 / 25.11.2020
Kəlbəcərin peykdən görüntüsü yayıldı - FOTO
Hazırda oxunan: Kəlbəcərin peykdən görüntüsü yayıldı - FOTO
Hazırda oxunan: Kəlbəcərin peykdən görüntüsü yayıldı - FOTO
3453
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.