Sentyabrın 1-dən COVID pasportu olmayanlar hara gedə bilərlər? – SƏRT QADAĞALAR 

Hazırda oxunan: Sentyabrın 1-dən COVID pasportu olmayanlar hara gedə bilərlər? – SƏRT QADAĞALAR 

34483

Sentyabr ayının başlanmasına cəmi 4 gün qalıb. Bu tarixdən artıq yeni məhdudiyyətlərin tətbiqinə başlanacaq. 

Bu dəfəki məhdudiyyətlərin əvvəlkilərindən fərqli cəhəti isə qadağaların COVID pasportu olmayanlar üçün qüvvədə olacağıdır.

Nazirlər Kabinetinin bu barədə qərarı xeyli əvvəldən açıqlansa da, hələ də COVID pasportunun hansı müəssisələrdə tələb olunacağı ilə bağlı müzakirələr var.

Bizim.Media pasport tələb olunacaq məkanları bir daha təqdim edir.
 

MÖVZU İLƏ BAĞLI:

Saxta peyvənd pasportu olanlar aeroportda tutulacaq – Yeni sistem TƏTBİQ OLUNDU


Qeyd edək ki, bu tələb yaşı 18-dən yuxarı olan şəxsləri əhatə edir.

1. İctimai iaşə müəssisələri, 

2. Mehmanxanalar, 

3. İri ticarət mərkəzləri,

4. Ali məktəblər

5. Orta ixtisas məktəbləri

Bəs, bu tələb hansı ictimai iaşə müəssisələrində qoyulacaq?

1. Şadlıq sarayları

2. Sağlamlıq-idman kompleksləri

3. Restoranlar

4. Kafelər

Qeyd edək ki, gözəllik salonları və bərbərxanalarda COVID pasportu tələb olunmayacaq. Çünki onlar eyni anda insanların kütləvi xidmətlərindən istifadə etdiyi məkanlar hesab olunmur.


Bu məntiqlə qeyd etmək olar ki, dərzi, ayaqabı təmiri və digər bu kimi xidmət sahələrində də müştərilərdən pasport tələb olunmayacaq.

Qərarda COVID pasportu tələbinin iri ticarət mərkəzlərinə şamil olunması da onu deməyə əsas verir ki, pasportu olmayanlar kiçik mağazaların xidmətindən istifadə edə biləcək. 

Bəzi məkanlarda müştərilərin girişi üçün məhdudiyyət olmasa da, bu heç də o demək deyil ki, həmin məkanlarda çalışanların da pasportsuz giriş-çıxışına imkan veriləcək.

Belə ki, qərarda bu iş yerlərində əməkdaşlarının azı 80 faizinin sentyabrın 1-dək COVID-19-a qarşı birinci doza, 1 oktyabr tarixindən etibarən isə ikinci doza peyvənd olunması və ya COVID-19-a qarşı immunitet sertifikatının olması tələb edilir:

Bütün tibb və əczaçılıq müəssisələrinin,

Bütün elm və təhsil müəssisələrinin (əmək və ya mülki müqavilələrlə işləməsindən asılı olmayaraq)

Eləcə də digər dövlət orqanlarının.

Bərbərxana, gözəllik salonları da vaksinasiya olunmayan müştərilərin üzünə açıq olsa da, bu xidmət sahəsində də işçilərdən peyvənd pasportu tələb olunacaq.  

Əlavə edək ki, İnzibati Xətalar Məcəllənin 211-ci maddəsində epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər üçün 200 manatdan 400 manatadək, vəzifəli şəxslər üçün isə 3 min manatdan 4 min manatadək məbləğdə cərimə nəzərdə tutulur.

Xatirə Nəsirli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin