Kür çayı üzərində yeni dəmir yolu körpüsü inşa edilir - FOTO

Hazırda oxunan: Kür çayı üzərində yeni dəmir yolu körpüsü inşa edilir - FOTO

34467

Şirvan şəhərində Ələt-Horadiz-Ağbənd dəmir yolu xəttinin Kür çayı üzərində (Ələt-Osmanlı hissəsi) mövcud körpünün yenidən qurulması və ona paralel yeni körpünün tikintisinə start verilib.

Bizim.Media xəbər verir ki, işlər "Azərbaycan Dəmir Yolları" QSC-nin sifarişi ilə “Körpü-Bina-Tikinti” MMC (“KBT” MMC ) tərəfindən aparılır.

İnşa olunan yeni körpünün uzunluğu 270,58 m olacaq.

4 aşırımlı körpünün orta aşırımlarının uzunluğu 111,4 m, kənar aşırımların uzunluğu 18,7 m-dir.
 

Körpünün tikintisi zamanı 36 m uzunluğunda 111 ədəd svay vurulacaq. Tikintinin əvvəlindən artıq svayların 21 ədədi vurulub.


Hazırda körpünün inşası zamanı istifadə olunacaq müvəqqəti estakadanın tikintisi yekunlaşmaq üzrədir. Körpünün tikintisinə çoxsaylı texniki avadanlıqlar, kranlar, ağır tonnajlı avtomobillər və ixtisaslı işçi qüvvəsi cəlb olunub.

Tikintinin 2 il ərzində yekunlaşdırılması nəzərdə tutulur.

Dəmir yolu xəttinin keçəcəyi ərazilərdə və dəmir yolunun təhlükəsizlik zolağında yerləşən fərdi yaşayış evlərinin plana düşəcəyi qeyd edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin